Hakimlər üçün seminar keçirilib

ESTAFET/ Azərbaycan Milli Karate Federasiyasının (AMKF) fəaliyyət proqramına əsasən hakimlərin növbəti seminarı keçirilib. 

Federasiyanın Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevin idarə etdiyi nəzəri seminarda müxtəlif bölgələrdən 50-dək hakim iştirak edib. Seminarda yarış qaydalarında yeniliklərlə bağlı məlumat verilib, hakimləri maraqlandıran suallar cavablandırılıb. 

Seminarda iştirak edən AMKF-in prezidenti Yaşar  Bəşirov mütəmadi təşkil edilən belə tədbirlərin hakimlərin inkişafında mühim rolundan danışaraq onlara uğurlar arzulayıb.

Müəllif: Orxan NOVRUZOV