Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb
Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında bu idman növünün inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandum AGF-nin baş katibi Nurlana Məmmədzadə və Kuba Gimnastika Federasiyasının vitse-prezidenti Yanet Vilyalta Penya tərəfindən imzalanıb.
Bildirilib ki, əməkdaşlıq federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, ötən gün Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.